logo
Bu gün onlar istefa verdi - ADLAR - YENİLƏNİB

Bu gün onlar istefa verdi - ADLAR - YENİLƏNİB

Bu gün onlar istefa verdi - ADLAR - YENİLƏNİB Bu gün onlar istefa verdi - ADLAR - YENİLƏNİB

Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verib.

innews.media xəbərinə görə, Azərbaycan Konstitusiyasının 116-cı maddəsində nəzərdə tutulan bütün zəruri addımlar yerinə yetirilib.

* * *

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Ölkə qanunvericiliyinə görə, Prezident seçkilərindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılacaq.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

Daha sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verir.

Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin  müzakirəsinə təqdim edir.

Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir.

Azərbaycan Respublikasının Baş naziri - Əli Hidayət oğlu Əsədov

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov

Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov

Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev

Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Süleyman oğlu Eyvazov

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev

Azərbaycan Respublikasının Energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov

Azərbaycan Respublikasının Ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov

Azərbaycan Respublikasının Gənclər və İdman naziri – Fərid Fazil oğlu Qayıbov

Azərbaycan Respublikasının Xarici İşlər naziri – Ceyhun Əziz oğlu Bayramov

Azərbaycan Respublikasının İqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov

Azərbaycan Respublikasının Kənd Təsərrüfati naziri – Məcnun Qadir oğlu Məmmədov

Azərbaycan Respublikasının Maliyyə naziri – Samir Rauf oğlu Şərifov

Azərbaycan Respublikasının Mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli 

Azərbaycan Respublikasının Müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev 

Azərbaycan Respublikasının Səhiyyə naziri – Teymur Yusif oğlu Musayev 

Azərbaycan Respublikasının Elm və Təhsil naziri – Emin Eldar oğlu Əmrullayev

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı

Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov

Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev 

Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov

Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov 

Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli

Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin