logo
Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 48 faizi tamamlanıb - VİDEO

Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 48 faizi tamamlanıb - VİDEO

Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 48 faizi tamamlanıb - VİDEO Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 48 faizi tamamlanıb - VİDEO

Azərbaycan Dəmir Yollarının (ADY) işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmasında minatəmizləmə fəaliyyəti mühüm rol oynayıb.

innews.media quruma istinadən bildirir ki, 2023-cü ildə ANAMA tərəfindən 53082 hektara yaxın sahə mina və partlamamış sursatlardan təmizlənib ki, tikilməkdə olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolları da həmin ərazilərdən keçir.

Tikinti işləri dəmir yolu xətlərinin 60 metr enində minalardan təmizlənməsindən sonra aparılıb.

Hazırda 110,4 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 48 faizi tamamlanıb, Bərdə-Ağdam xəttinin Ağdam stansiyasına qədər olan hissəsinin tikintisi başa çatdırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media