https://innews.media/uploads/news/2024-02/_innews_b74e65559ee299b7720ef50c8_o.jpg
10 fevral Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 14-cü turunun sonuncu oyunu baş tutub.
Çempionatın güclü kollektivlərindən sayılan "NTD-İNDİQO", son zamanlar yüksəlişdə olan "Xırdalan" klubu ilə üz-üzə gəlib. Gərgin oyunun yekununda qonaqlar 84-77 hesablı qələbəyə seviniblər. Bu müntəzəm mövsümdə "Xırdalan" klubunun 9-cu qələbəsi olub.
Ən məhsuldar basketbolçular: "NTD-İNDİQO" (Əkbər Məmmədov - 17 xal, 11 ribaund), "Xırdalan" (Teyvion Körk - 18 xal, 8 ribaund)
Ən son xəbərləri səhifəmizdən də izləyin