https://innews.media/uploads/news/2024-02/_innews_b92554dc6102f8c97489fd8e7_o.jpg
Azərbaycan Basketbol Liqasında 14-cü turun daha bir oyunu keçirilib.
Günün yaganə matçında “Gəncə” “Sərhədçi”ni qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitir – 79:72. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Sərhədçi” 6-cı pilləyə yüksəlib. Meydan sahibləri 16 xalla 9-cudur.
Tura fevralın 11-də “NTD İndiqo” – “Xırdalan” görüşü ilə yekun vurulacaq. Daha əvvəl “Neftçi” “Sabah”ı (101:87), “Xəzri” “Şəki”ni (94:85), “Sumqayıt” “Cəlilabad”ı (109:99) məğlub edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin