logo
7 fevral seçkilərində türk dövlətlərində seçici fəallığı müşahidə olunub

7 fevral seçkilərində türk dövlətlərində seçici fəallığı müşahidə olunub

7 fevral seçkilərində türk dövlətlərində seçici fəallığı müşahidə olunub 7 fevral seçkilərində türk dövlətlərində seçici fəallığı müşahidə olunub

Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində türk dövlətlərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları da fəal iştirak edib.

Seçki prosesi və xaricdəki Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı bu ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Özbəkistan Respublikasının Daşkənd şəhərində 249 seçici qeydiyyatda olub. İlk saatlardan seçici aktivliyi müşahidə edilib.

Qırğız Respublikasının Bişkek şəhərindəki məntəqədə 88 seçici qeydiyyatda olub ki, onların da 60%-i saat 15:00-a qədər səsvermə hüququndan istifadə edib.

Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş məntəqədə 670 nəfər seçici qeydiyyat alınıb. Səhər saatlarından aktivlik müşahidə olunub.

Qazaxıstanın paytaxtı Astana şəhərində 564 seçicinin qeydiyyatda olduğu məntəqədə kəskin hava şəraitinə baxmayaraq, seçicilər aktivlik nümayiş etdirib.

Türkmənistanda yaşayan aktiv seçki hüquqlarına malik olan Azərbaycan vətəndaşları bu ölkədəki səfirliyimizdə yaradılan 48 saylı seçki məntəqəsində səs veriblər. Aşqabad şəhəri ilə yanaşı, ölkənin digər bölgələrində yaşayan vətəndaşlarımız da səsvermədə fəal iştirak ediblər. Səfirlikdən verilən məlumata görə, seçkilərdə seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək iştirak etdiyi məlum olub. Seçicilər Türkmənistandakı səfirliyimizdə ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.

Bütün bunlar soydaşlarımızın öz vətəndaşlıq borclarını dərk etdiklərini və Azərbaycandan kənarda yaşasalar da, vətəndaş məsuliyyəti hissini itirmədiklərini göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin