logo
Rimas Kurtinaytisdən uğurlu debüt, "Neftçi" dən asan qələbə

Rimas Kurtinaytisdən uğurlu debüt, "Neftçi" dən asan qələbə

Rimas Kurtinaytisdən uğurlu debüt, "Neftçi" dən asan qələbə Rimas Kurtinaytisdən uğurlu debüt, "Neftçi" dən asan qələbə

2 fevral Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun iki oyunu baş tutub. "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "Sərhədçi" və "Sabah" klubları üz-üzə gəliblər. Litvalı Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri "Sabah", rəqibi üzərində 96-71 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Cəbrayıl Əkbərov - 15 xal, 4 ribaund), "Sabah" (Desmond Kembric - 18 xal, 7 asist) Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş "Neftçi", çempionatın aşağı pillələrində qərarlaşmış "Sumqayıt" klubu ilə qarşılaşıb və 113-96 hesablı rahat qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 24 xal, 4 asist), "Sumqayıt" (Lenard Dikson - 29 xal, 6 ribaund)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media