https://innews.media/uploads/news/2024-02/_innews_a543098719c00a044bb84eaed_o.jpg
Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunun iştirakçıları arasında “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun oğlu Aslan Hüseynov da olub.
A.Hüseynov Diaspor TV-yə açıqlamasında forumla bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycan və Azərbaycan gəncliyi haqqında tədbirdə səsləndirilən fikirləri çox bəyənib: “Yeni tanışlıqlarımın yaranmasından çox şad oldum. Biz bir yerdə olsaq, gücümüzü birləşdirsək, çox şeylərə nail ola bilərik”.