7 fevral tarixində səhər saatlarından şəxsi heyətin Prezident seçkilərində fəal iştirakının təmin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında yaradılan seçki məntəqələrində səsvermə prosesi başlayıb.
Seçkilərin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrdə fəaliyyət göstərən məntəqələrdə zəruri olan bütün tədbirlər görülüb, qanunvericiliyə uyğun şəkildə seçki məcəlləsinin tələbləri tam yerinə yetirilib.
Dənizdə sərhəd gözətçi gəmilərində, dağlıq ərazilərdə və çətin hava şəraitində dövlət sərhədində döyüş növbəsində olan hərbi qulluqçuların səsvermədə iştirakının təmin edilməsi məqsədi ilə daşınan seçki qutularından istifadə olunur.
Səsvermə prosesi sərhədçilər və ailə üzvlərinin hər biri səs verənədək davam edəcəkdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin