logo
Gürcüstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkilərindən bəhs olunub

Gürcüstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkilərindən bəhs olunub

Gürcüstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkilərindən bəhs olunub Gürcüstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkilərindən bəhs olunub

Gürcüstanın bir sıra xəbər saytlarında Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərindən geniş şəkildə bəhs olunub.

Dərc olunan məqalələrdə ölkəmizdə aparılan təbliğat və təşviqat kampaniyaları haqqında məlumat verilib, seçkilərin ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, Azərbaycan Respublikasının hər bir bölgəsində keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqələri yaradılıb. Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermədə aktiv iştirak etməsi üçün hər bir şəraitin yaradıldığı vurğulanıb.

Xatırladaq ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da Azərbaycandakı prezident seçkilərini izləyəcək. Bu haqda xəbərləri aşağıdakı linklərdən oxumaq mümkündür:

http://aktual.ge/

http://i̇nterpress.ge/

http://24news.ge/

http://realnews.ge/

https://aktual.ge/Read/34919

https://24news.ge/read/id/89293

https://interpress.ge/read/50602

https://interpress.ge/read/50728

https://24news.ge/read/id/89531

https://interpress.ge/read/51057

https://interpress.ge/read/51180

https://interpress.ge/read/51396

https://aktual.ge/Read/35588

https://interpress.ge/read/51477

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin