https://innews.media/uploads/news/2024-02/_innews_7678fb77547cccf9a2bc0cda3_o.jpg
Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və X. Dosmuxamedov adına Atırau Dövlət Universitetinin rektoru Salamat İdrissov imzalayıb. Memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1950-ci ildə qoyulmuş Atırau Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin