logo
Azərbaycanın Macarıstandakı səfiri diaspor gənclərini Prezident seçkilərində fəal iştirak etməyə çağırıb

Azərbaycanın Macarıstandakı səfiri diaspor gənclərini Prezident seçkilərində fəal iştirak etməyə çağırıb

Azərbaycanın Macarıstandakı səfiri diaspor gənclərini Prezident seçkilərində fəal iştirak etməyə çağırıb Azərbaycanın Macarıstandakı səfiri diaspor gənclərini Prezident seçkilərində fəal iştirak etməyə çağırıb

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə diaspor gənclərini və xarici ölkələrdə yaşayan soydaşlarımızı fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində fəal iştirak etməyə dəvət edib.

Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda çıxış edən səfir bildirib ki, bu seçkilər ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb edir: “Ona görə də mən diplomat kimi deyil, Azərbaycan vətəndaşı olaraq sizləri seçkilərdə aktiv iştirak etməyə çağırıram”.

Qeyd edək ki, “Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən Forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edib. Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dovlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev qatılıblar.

Açılış mərasimindən sonra Forum panellər üzrə işini davam etdirib. Panellərdə gənclərin vətənpərvərliyi, ictimai həyatda iştirakı, beynəlxalq əməkdaşlığı, təhsil və elmin inkişafında yeri və rolu istiqamətlərində müzakirələr aparılıb, həmçinin son illər ərzində diaspor sahəsində gorülən işlər barədə hesabat verilib, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin beynəlxalq aləmdə uğurları müzakirə olunub. 

Tədbirin sonunda Forum iştirakçılarının bəyanatı qəbul olunub. Bəyanatda diaspor gəncləri 2024-cü ilin 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəal iştirak edəcəklərini, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər: “Biz qalib dövlətin qalib gəncləri olaraq ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda Qalib Xalqın Qalib Lideri ilə hər zaman olduğu kimi, yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin