logo
Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir

Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir

Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri kimi, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi dövlətin xüsusi diqqət mərkəzindədir: “2003-cü ildən respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində Heydər Əliyev strateji kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını nəzərdə tutur.

Prezident cənab İlham Əliyev ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Dövlət başçısının imzaladığı 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi də bu qayğının növbəti bariz təzahürü oldu. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Yenə də gənclərimizin hərtərəfli inkişafının və onların karyera yüksəlişlərinin təmin olunması məqsədilə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Bu gün artıq respublikanın 55 şəhər və rayonunda Mərkəzin nümayəndəlikləri uğurla fəaliyyət göstərirlər.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident cənab İlham Əliyev təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Sayca 57-ci “Bakı Eurovision-2012.” Mahnı Müsabiqəsi Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutmuşdur. 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmiş, Avropa gənclərinin diqqəti Azərbaycana yönəlmişdir.

Ölkə başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.

 

Müəllif: Raul Abbaszadə

Göygöl rayon GİKM direktoru

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media