https://innews.media/uploads/news/2022-01/_innews_920fec351da71ebc9b7488c0a_o.jpg
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Könüllülər Akademiyası 6” layihəsinə start veriləcək!
Layihə 3 ay müddətində 80-dən çox könüllü gənc ilə, davam edərək, onların maraqlarına xidmət edəcək.
3 ayı müvəffəqiyyətlə başa vuran könüllülər xüsusi diplom və hədiyyələrlə təltif olunacaqlar!
Layihənin əsas məqsədi:
1. Könüllülük hərəkatını genişləndirmək;
2. Binəqədi Gənclər Evində olan departamentlərdə gənclərin praktiki fəaliyyətini artırmaq;
3. Tərəfdaş qurumlarda gənclərlə bağlı layihə və tədbirlərdə, könülləri ora yönləndirərək, təcrübələrini artırmaq;
4.Gənclərin daha yaxşı inkişaf etməsi üçün bir sıra aktual mövzularda təlim və seminarlar təşkil etmək;
5. İştirakçıların asudə vaxtlarının əyləncəli və səmərəli keçirilməsini təşkil etmək;
6.Gənclərə layihə müddətində fərdi layihələrini həyata keçirmək şansı vermək!
Qeyd edək ki, layihədə 14-29 yaşını əhatə edən yeniyetmələr, bakalavr və magistratura təhsili alan tələbələr, məzunlar qeydiyyatdan keçməklə qoşula bilərlər.
QEYDİYYAT linki:
https://docs.google.com/forms/d/1jXlj-bv7YWcf05K4dstq2r1LlZ9qzYjdcj5c6C3K_WQ/edit
Son qeydiyyat tarixi: 6 fevral, saat 18:00
Ən son xəbərləri səhifəmizdən də izləyin