logo
Qırğızıstan Xalq yazıçısının yaradıcılıq gecəsi keçiriləcək

Qırğızıstan Xalq yazıçısının yaradıcılıq gecəsi keçiriləcək

Qırğızıstan Xalq yazıçısının yaradıcılıq gecəsi keçiriləcək Qırğızıstan Xalq yazıçısının yaradıcılıq gecəsi keçiriləcək

Fevralın 2-də saat 16:00-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qırğızıstanın Xalq yazıçısı, dramaturq və ictimai xadim İmanəliyev Kayrat Oljobaeviçin yaradıcılıq gecəsi keçiriləcək.

Bu haqda xəbər innews.media sözügedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dünya Gənc Türk yazıçıları İttifaqının Məşvərət Şurası, Milli Məclisin Mədəniyyət Komitəsi və s. qurumlardan qonaqlar iştirak edəcək. Həmçinin tədbirdə Azərbaycan Teatrının artistlərinin yazıçının əsərlərindən türk dilində çıxarışlar və Bakı Dövlət Universitetinin tələbələrindən sual-cavab olacaq”.

Tədbirin moderatoru Gənc Yazıçılar Assosiasiyasının rəhbəri Fərid Hüseynovdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media