https://innews.media/uploads/news/2022-07/_innews_f6e76833fde781c7a26a33b24_o.jpg
ADMİU-nun professoru, Xalq rəssamı Arif Əziz 28 iyun-3 iyul tarxixlərində İstanbulda, Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophane-Amire Kültür və Sanat Mərkəzində İstanbul Şəhər Bələdiyyəsinin təşkilatı ilə “Rəsmin türkçəsi” sərgisində iştrak etmişdir. 5 türkdilli ölkədən (Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan) 16 rəssamın iştrak etdiyi sərgidə 60-dan çox əsər nümüyiş edilmişdir. Sərginin əsas məqsədi türk mədəniyyətinin ortaq bədii dəyərlərinin və mədəni irsinin rəngkarlıqda əks olmasıdır. Sərginin kuratoru, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, layihə uzunmüddətlidir, və iştrakçı olan ölkələrdə də keçirilməsi nəzərdə tutulub.
Arif Əzizin sərgidə təqdim etdiyi “Səmavilər”, “İstanbulun ruhu” və s. əsrləri ziyarətçilərin xüsusi marağını doğurmuşdur. Rəssam İstanbul Bələdiyyəsi tərəfindən Xatirə ordeni ilə təltif edilmişdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin