https://innews.media/uploads/news/2024-01/_innews_ba0d5687da6c1d6ce32628c40_o.jpg
Məhkəmə-Hüquq Şurası və "Femida Könüllüləri" Təşkilatı arasında məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin təşkili haqqında Memorandum imzalanıb.
Bu barədə innews.media Məhkəmə-Hüquq Şurasından bildirilib.
Qeyd olunub ki, memorandumun məqsədi məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığını artırmaq və bu sahədə həyata keçirilən islahatların təbliğinə, habelə vətəndaşlar arasında hüquqi maarifləndirmə işinə dəstək olmaqdır.
Memorandumun imzalanma mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Femida könüllülərinin fəaliyyətini yüksək qiymətləndirib və onların məhkəmə sisteminə verdiyi töhfələr, əməkdaşlıq çərçivəsində perspektivlər və qarşıda duran məsələlərdən danışıb.
“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb və təşkilatın gələcək hədəfləri barədə məlumat verib.
Ən son xəbərləri səhifəmizdən də izləyin