logo
12-ci tur "Neftçi"nin qələbəsi ilə başa çatdı

12-ci tur "Neftçi"nin qələbəsi ilə başa çatdı

12-ci tur "Neftçi"nin qələbəsi ilə başa çatdı 12-ci tur "Neftçi"nin qələbəsi ilə başa çatdı

Azərbacan Basketbol Liqasında 12-ci tur başa çatıb.

Sonuncu matçda heyətində çox sayda zədəli basketbolçuları olan "Neftçi" "Şəki"nin qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 72:65. Qarşılaşmanın ən məhsuldar basketbolçuları meydan sahiblərindən Simeus Vebster (15 xal, 13 ribaund), qonaqlardan isə Fuqua Nils (20 xal, 19 ribaund) olublar. 

Xallarının sayını 20-yə çatdıran "Neftçi" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 9-cu yerdədir.

12-ci turda "Xəzri" "Cəlilabad"ı (100:81), "Xırdalan" "Sabah"ı (107:103), "Sərhədçi" "Sumqayıt"ı (91:63), "NTD-İndiqo" "Gəncə"ni (94:80) məğlub edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media