https://innews.media/uploads/news/2024-01/_innews_d13e1b753b35afdfecfa42334_o.jpg
Bu gün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji biofizika şöbəsinin müdiri Yevgeniya Bəkirovanın 70 yaşı tamam olur.
O, 1954-cü il yanvarın 26-da Ukraynanın Feodosiya şəhərində anadan olub. Sonralar atası - görkəmli fizik alim, professor Bəkirov Məmmədəminlə Bakıya köçüb və AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətlə məşğul olub.
Yevgeniya Bəkirova ADU-nın Fizika fakültəsinə daxil olub, həmin ildən də AMEA-nın Fizika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Büroda elektromontajçı işləyib, I dərəcədən VI dərəcəyədək yüksəlib. 1974-cü ildən Fizika İnstitutunun Yarımkeçiricilərdə qeyri-taraz elektron prosesləri laboratoriyasında baş laborant, 1975-1978-ci illərdə AMEA-nın "Kaspi" EM və XKB-da mühəndis vəzifəsində çalışıb. O, hazırda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin rəhbəridir.
Yevgeniya Bəkirovanın 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, fəaliyyətində uğurlar arzulayırıq.
Qeyd edək ki, Yevgeniya Bəkirovanın atası professor Məmmədəmin Bəkirov 1972-ci ildə AMEA-nın Şəki Zonal Elmi Bazasının (Şəki Regional Elmi Mərkəzi) yaradılmasında bilavasitə iştirak edən alimlərdən olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin