logo
Zərdabda yaşayış olmayan çöllük ərazidən "Naqan" tapılıb

Zərdabda yaşayış olmayan çöllük ərazidən "Naqan" tapılıb

Zərdabda yaşayış olmayan çöllük ərazidən "Naqan" tapılıb Zərdabda yaşayış olmayan çöllük ərazidən "Naqan" tapılıb

Zərdab Rayon Polis Şöbəsinə rayonun Sarıqaya kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Naqan" markalı tapança və 6 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media