https://innews.media/uploads/news/2024-01/_innews_633e5cd75bb76078b1a3104ec_o.jpg
Bu gün 16 yaşlı və 16 yaşadək voleybolçu qızların birinciliyində növbəti oyunlar keçirilib. AVF-nin idman zalında təşkil olunan yarışda ümumilikdə beş görüş baş tutub.
Qeyd edək ki, “Ryuga”nın iki oyunçusunda qızılca xəstəliyi aşkarlandığından komanda rəhbərliyi bu gün keçirilməsi nəzərdə tutulan “AZERRAIL-3” - “Ryuga qarşılaşmasının vaxtının dəyişdirilməsi ilə bağlı AVF-yə müraciət edib. Təxirə salınan bu matçın keçiriləcəyi tarix haqqında məlumat yaxın günlərdə veriləcək.
Oyunların nəticələri:
“Abşeron” - “AZERRAIL-1” (0:2)
“AZERRAIL-2” - “Xarı Bülbül Şuşa” (1:2)
“AZERRAIL-4” - “Bakı klubu” (2:0)
“Milli Aviasiya Akademiyası” - “Sumqayıt” (0:2)
“Zəngəzur” - “İlkin klubu” (2:0)
Ən son xəbərləri səhifəmizdən də izləyin