logo
Manisa şəhərində 20 Yanvar şəhidləri anılıb

Manisa şəhərində 20 Yanvar şəhidləri anılıb

Manisa şəhərində 20 Yanvar şəhidləri anılıb Manisa şəhərində 20 Yanvar şəhidləri anılıb

Türkiyənin Manisa şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvü olan Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin və Türk Ocaqlarının Manisa üzrə şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Türk Ocağının adından Ferdi Çiftçioğlu, Türk Dünyası Araşdırmaları İnstitutunun doktorantı Oder Kutluer, Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül çıxış ediblər. Azərbaycanın müstəqilliyinə aparan yolda sovet imperiyasının Bakıda 20 Yanvar kimi qanlı qətliam törətməsinin xalqımızın iradəsini sarsıda bilmədiyi və qısa müddət sonra öz azadlığına qovuşduğu diqqətə çatdırılıb. Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi düşmüş 20 Yanvar hadisələrinin heç bir zaman unudulmayacağı vurğulanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media