logo
Ankarada 20 Yanvar hadisələrindən bəhs edilib

Ankarada 20 Yanvar hadisələrindən bəhs edilib

Ankarada 20 Yanvar hadisələrindən bəhs edilib Ankarada 20 Yanvar hadisələrindən bəhs edilib

Türkiyənin paytaxtı Ankarada 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Qanlı Yanvar” adlı anım tədbiri keçirilib.

“Azaflı” Sosial Yardın və Kültür Dərnəyinin, Türk Dünyası Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan “Azaflı” Sosial Yardın və Kültür Dərnəyinin sədri Arzuman Azaflı 1990-cı il yanvarln 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordu birləşmələrinin Bakıda törətdiyi dəhşətli hərbi cinayət barədə ətraflı məlumat verib.

Kahramanmaraş Sütçü İmam Universitetinin Politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri, Prof. Dr. Toğrul İsmayıl, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi Prof. Dr. Cavid Abdullazadə çıxışlarında 20 Yanvar hadisələrinin ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzinə çevrildiyini, SSRİ-nin süqutunu yaxınlaşdıran tarixi proseslərə təkan verdiyini bildirib, hadisələrin canlı şahidi kimi xatirələrini bölüşüblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media