logo
Qazaxıstan Səfiri Azərbaycan Parlamentinin Sədri ilə görüş keçirib

Qazaxıstan Səfiri Azərbaycan Parlamentinin Sədri ilə görüş keçirib

Qazaxıstan Səfiri Azərbaycan Parlamentinin Sədri ilə görüş keçirib Qazaxıstan Səfiri Azərbaycan Parlamentinin Sədri ilə görüş keçirib

18 yanvar 2024-cü il tarixində Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş keçirib. Tərəflər Qazaxıstan-Azərbaycan hərtərəfli münasibətlərinin inkişaf dinamikasını müzakirə ediblər.

Tərəflər, xüsusilə, iki qardaş ölkə arasında parlamentlərarası əməkdaşlığın gələcək inkişafının, o cümlədən TÜRKPA kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı Sahibə Qafarova Dövlət Başçıları arasında etimada söykənən dialoqunun önəmini qeyd edib, ali və yüksək səviyyədə keçirilən səfərlərin qardaş münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Milli Məclisin Sədri ikitərəfli əməkdaşlığın inkişafında Qazaxıstanın diplomatik nümayəndələyinin roluna da diqqət çəkib. Xüsusilə, S. Qafarova 2023-cü ilin dekabrında baş tutan Qazaxıstanın Azərbaycanda Mədəniyyət Günlərinin yüksək səviyyədə təşkil olunmasını qeyd edib.  

Öz növbəsində, Alim Bayel Qazaxıstanla Azərbaycanın təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün böyük əhəmiyyətə malik bir sıra iri iqtisadi layihələri birgə həyata keçirtdiyini vurğulayıb. Səfir, 7 fevral tarixinə təyin olunan prezident seçkilərinin qardaş Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edəcəyinə ümidvar olduğunu deyib.

Parlamenlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm ölçüsü olduğunu qeyd edən tərəflər yaxın gələcək üçün bir sıra konkret tədbirləri və təşəbbüsləri müzakirə ediblər. Həmsöhbətlər həmçinin regional gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Qazaxıstanlı diplomat həmçinin Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin Sədri Səməd Seyidovla görüşüb. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media