https://innews.media/uploads/news/2024-01/_innews_9f67e3cb5507f14fd62060340_o.jpg
2019-2023-cü illərdə “Scopus” elmmetrik bazasında indekslənən jurnallarda elmi işləri dərc olunan ilk 5 institutun göstəriciləri açıqlanıb.
Ölkə üzrə ilk 5-liyə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Məlumat innews.media Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilib.
Qrafikə əsasən, son 5 il üzrə ən yüksək nəticə 549 elmi işlə Riyaziyyat və Mexanika İnstitutuna aiddir.
2023-cü ildə nəşr olunan elmi işlərin sayına görə isə İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu və Fizika İnstitutu ilk üçlükdə təmsil olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin