logo
Varşavada Azərbaycan barədə yalan məlumatlar yayan nəşrə etiraz edilib

Varşavada Azərbaycan barədə yalan məlumatlar yayan nəşrə etiraz edilib

Varşavada Azərbaycan barədə yalan məlumatlar yayan nəşrə etiraz edilib Varşavada Azərbaycan barədə yalan məlumatlar yayan nəşrə etiraz edilib

Polşanın paytaxtı Varşavada yerləşən “Polityka” media şirkətinin ofisi qarşısında Azərbaycan icmasının dinc aksiyası keçirilib.

Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan icazəli aksiya “Polityka” jurnalının müxbiri Konstanty Gebertin II Qarabağ müharibəsi və Azərbaycanın tarixi Qələbəsi ilə bağlı təxribat və böhtan xarakterli məqalələrinin dərc olunmasına etiraz məqsədilə gerçəkləşdirilib.

Aksiyada çıxış edən diaspor fəalları Şamo Qubadov və Tuncay Novruzzadə “Polityka” jurnalında erməni diasporunun təsiri altında saxta xəbərlərin yayılmasını sərt şəkildə pisləyiblər. Bu nəşrin əməkdaşlarını faktları dəqiq yoxlamağa, Azərbaycan həqiqətlərini dürüst işıqlandırmağa, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik kimi prinsiplərinə əməl etməyə çağırıblar.

“Erməni diasporu medianı manipulyasiya edir”, “Qərəz yox, güzəşt yox, yalnız faktlar vacibdir!”, “Medianın ikili standartları bütün çılpaqlığı ilə”, “Azərbaycana qarşı feyk xəbəri dayandırın!”, “Azərbaycanlı uşaqlar öldürüləndə media harada idi?” və başqa şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

Sonra Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Şamo Qubadov jurnalın baş redaktoruna çatdırılması üçün soydaşlarımızın etiraz bəyanatını “Polityka” media şirkətinin ofisinə təqdim edib.

Aksiyanın təhlükəsizliyi yerli polis tərəfindən təmin olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media