logo
Qarabağla bağlı vacib xəbər: Prezidentin köməkçisi mühüm tarixi açıqladı - VİDEO

Qarabağla bağlı vacib xəbər: Prezidentin köməkçisi mühüm tarixi açıqladı - VİDEO

Qarabağla bağlı vacib xəbər: Prezidentin köməkçisi mühüm tarixi açıqladı - VİDEO Qarabağla bağlı vacib xəbər: Prezidentin köməkçisi mühüm tarixi açıqladı - VİDEO

“Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərinə 2026-cı ilin sonuna kimi 16 min keçmiş məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub”.

Bunu “AzTV Xəbər”in birbaşa bağlantısında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O qeyd edib ki, 2026-cı ilin sonuna kimi Ağdam rayonunun şəhəri və 12 kəndi, Füzuli rayonunun şəhəri və 10 kəndi bərpa olunub sakinlərin ixtiyarına veriləcək.

E.Hüseynov bildirib ki, 2024-cü ildə tikintisi davam edən Ağdam şəhərində birinci yaşayış kompleksinin və 3 kəndin mərkəzi hissələrinin tikintisinin yekunlaşdırılması nəzərdə tutulub: “Ağdam şəhərində əsas sosial obyektlər olan Mərkəzi Park, 1 nömrəli orta məktəb, Muğam Mərkəzi, Cümə məscidi və “City Hotel”in bu ilin sonuna kimi inşasının yekunlaşdırılması nəzərdə tutulub. Ağdam şəhərinin daxili yollarının 6 km uzunluğunda olan əsas hissəsinin tikintisi başa çatdırılacaq. 2025-ci ildən Ağdam rayonunun şəhərinə, həmçinin Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinə əhalinin köçürülməsi təmin ediləcək”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media