https://innews.media/uploads/news/2024-01/_innews_04600e9e2fc5bac4e9c4a0aff_o.jpg
Cari ilin yanvar ayının 16-da Bakı şəhəri Yasamal Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.
innews.media xəbər verir ki, mərasimdə iştirak edən Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzu edib.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər oktyabr-dekabr və noyabr-yanvar ayları ərzində Yasamal Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin