logo
Azərbaycan Qvatemala prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan Qvatemala prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan Qvatemala prezidentinin andiçmə mərasimində təmsil olunub Azərbaycan Qvatemala prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycanın Qvatemaladakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş prezidenti Bernardo Arevalo de Leonun andiçmə mərasimində iştirak edib.

Paytaxt Qvatemalada Migel Anxel Asturias adına Mədəniyyət Mərkəzində keçirilmiş andiçmə mərasimi zamanı M.Talıbov Qvatemalanın yeni dövlət başçısı olan Bernardo Arevalo de Leona Qvatemala xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Bu il Qvatemala ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən  səfir, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib. Təşəkkürünü bildirən Qvatemala Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Prezident B.Arevalo məlum olduğu kimi hakimiyyət keçidinin heç də asan olmadığını qeyd edərək, Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunduğuna görə səfirə təşəkkür edib, həmçinin Qvatemala ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Eyni zamanda andiçmə mərasimindən bir gün öncə keçmiş prezident Alexandro Ciammatei tərəfindən tədbirdə təmsil olunan yüksək səviyyəli qonaqlar və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil edilən vida mərasimində iştirak edən M.Talıbov A.Ciammateiyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdıraraq, onun prezidentliyi müddətində ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. Prezident A.Ciammatei öz növbəsində təşəkkürünü bildirərək, onun da salamlarını və xoş arzularını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Eyni zamanda Qvatemalanın yeni Xarici Əlaqələr naziri Karlos Ramiro Martines ilə Məmməd Talıbov arasında keçirilmiş görüş zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media