https://innews.media/uploads/news/2024-01/_innews_51a50cd5458d15820cd50bb80_o.jpg
Prosessinq mərkəzi olan “Azericard” MMC-də yeni təyinat olub.
Məlumata görə, Novruzova Elnarə Azərikard MMC şirkətinin İnsan Kapitalının idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, 2012-ci ildən Azərikard MMC-də işləyib və uzun illər İnsan Resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2024-cü ilin yanvar ayından şirkətdə struktur dəyişikliyi baş verib və Elnarə Novruzova yeni yaradılan stuktura rəhbər təyin edilib.
Novruzova Elnarə , 1997-2003-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsində təhsil alıb və daha sonra 2003-2009-cu illərdə Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.
Ən son xəbərləri səhifəmizdən də izləyin