logo
Prezident onu nazir müavini təyin etdi

Prezident onu nazir müavini təyin etdi

Prezident onu nazir müavini təyin etdi Prezident onu nazir müavini təyin etdi

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Məlumata görə, Azərbaycan Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə bu vəzifəyə Hidayət Əzimov təyin edilib.

Artıq yeni nazir müavini ilə bağlı məlumat nazirliyin saytındakı müvafiq bölmədə yerləşdirilib.

Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

Bu təyinata qədər o, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunmuşdu. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media