https://innews.media/uploads/news/2024-01/_innews_6c85a7c6ee7a5652f0e9285a5_o.jpg
Azərbaycan Televiziyasında Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən indiki Göygöl rayonunun 1970-ci illərə aid görüntüləri yenidən nümayiş olunub.
“Qızıl Fond”da saxlanılan sujet Azərbaycan Televiziyasının “Telesəhər” musiqi-informasiya proqramında yayımlanıb.
Sujetdə bildirilib ki, burada üzüm tənəkləri əsrlər öncə dağ çaylarının sahillərində salınıb. Amma son zamanlar məhsuldarlıq yüksək səviyyədə olub.
Məhsul yığımının ilk günü Göygöl rayonunda bayram əhval-ruhiyyəsində qeyd edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin