https://innews.media/uploads/news/2024-01/_innews_f941bc39ff16525b5a4f70e22_o.jpg
Sevindirici, eyni zamanda, qürurverici haldır ki, builki seçkilər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 8-də Bakıda keçirilən regional seminar-müşavirədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib.
Seçkilərə hazırlıq prosesinə artıq başlanıldığını, namizədlərin qeydiyyatının aparıldığını xatırladan İ.Kərimov qeyd edib: “Əvvəlki illərin təcrübəsini nəzərə alsaq deyə bilərik ki, bu işlər həmişə olduğu kimi, bu il də Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla idarə olunur”.