logo
Moskvada Həmrəylik Günü qeyd edilib

Moskvada Həmrəylik Günü qeyd edilib

Moskvada Həmrəylik Günü qeyd edilib Moskvada Həmrəylik Günü qeyd edilib

Moskva şəhərində Azərbaycan icmasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

“Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə Rusiya paytaxtında və Moskva vilayətində fəaliyyət göstərən yerli təşkilatların rəhbərləri, fəalları və ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatı sədrinin müşaviri Hikmət Cavadov qonaqları salamlayıb. 

Sonra “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Elşən İbrahimov və başqaları soydaşlarımızı bayramlar münasibətilə təbrik edib, xoş arzularını bildiriblər.

2023-cü il ərzində fəallıqları ilə seçilən diaspor üzvlərinə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilib. Şaxta babanın və Qar qızın gəlişi ilə uşaqlar arasında müxtəlif əyləncəli oyunlar və viktorinalar təşkil edilib.

Tədbir konsert proqramı ilə davam edib. Müğənni Nazim Hüseynovun və rəqqasə Rəna Qafarlının ifalarında Azərbaycan müğamı, xalq mahnıları və milli rəqslərimiz təqdim olunub.

Tədbir həmrəyliyin rəmzi olan “Yallı” rəqsinin birgə ifa olunması ilə yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin