logo
Manisa şəhərində Həmrəylik Günü qeyd edilib

Manisa şəhərində Həmrəylik Günü qeyd edilib

Manisa şəhərində Həmrəylik Günü qeyd edilib Manisa şəhərində Həmrəylik Günü qeyd edilib

Türkiyənin Manisa şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin şəhərin Böyükçəhər Bələdiyyəsi, Şahzadələr Bələdiyyəsi və Yunus Əmrə Bələdiyyəsi ilə birgə təşkil etdiyi tədbirdə vətəndaş çəmiyyətinin, siyasi partiyaların nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. 

Tədbir iştirakçılarını salamlayan dərnək sədri Şentürk Hoşgül çıxışına İraqın şimalında törədilmiş terror nəticəsində şəhid olan türk hərbi qulluqçularının əziz xatirəsini ehtiramla yad etməklə başlayıb. Onların arasında manisalı əsgərin də olduğunu xatırladan dərnək sədri tədbirdən öncə şəhidimizin məzarının ziyarət edildiyini bildirib. Türk millətinə və şəhidlərin ailə üzvlərinə başsağlığı verib, terroru lənətlədiklərini vurğulayıb. O, Həmrəylik Gününün keçirilməsini və soydaşlarımızın bir araya gəlməsini birlik və bərabərliyimizin gücünün tam göstəricisi adlandırıb. Bələdiyyələrə, Manisa Azərbaycanlı Tələbələr Topluluğuna (MANAT) və dərnəyin İdarə Heyətinin üzvlərinə təşəkkür edib.

Bədii hissədə Azərbaycandan gəlmiş “Şeron” qrupu və “Aysel” xalq rəqsləri qrupu çıxış edib. “Açımız və dərdimiz eynidir” deyən “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallının konsert proqramının mahiyyətini dəyişdirdiklərini, qısaltdıqlarını və şəhidlərə həsr etdiklərini deməsi zalda alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə fotosərgi nümayiş etdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin