https://innews.media/uploads/news/2024-01/_innews_75113e0084f8d7a2385a538ef_o.jpg
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Türkiyə çempionatında "Ankara Karayolları"nın heyətində debüt edib. O, "Vakıfbank"la görüşə 37 nömrəli forma ilə çıxıb.
İstanbul təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi oyunda Rəhimova 1 dəqiq zərbə ilə yadda qalıb. XIV turdan sonra "Vakıfbank" Sultanlar Liqasında 37 xalla 1-ci, "Ankara Karayolları" 4 xalla sonuncu – 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Polina mövsümün ilk hissəsini Vyetnam çempionatında keçirib. O, "Duc Giang Company" klubu ilə gümüş medallar qazanıb və liqanın ən yaxşı hücumçusu mükafatına yiyələnib.
Ən son xəbərləri səhifəmizdən də izləyin