https://innews.media/uploads/news/2024-01/_innews_7846cc3fa69093ec2e11cfaf9_o.jpg
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan innews.media bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon sakinindən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Ən son xəbərləri səhifəmizdən də izləyin