https://innews.media/uploads/news/2024-01/_innews_6a4d721306cb099e1296c2882_o.jpg
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən innews.media verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanovb müəyyən olunaraq saxlanılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin