https://innews.media/uploads/news/2024-01/_innews_16719c8c9f4c4965e08c90bdd_o.jpg
25 dekabr tarixindən Türkiyənin İstanbul şəhərində yerləşən "Fənərbaxçə" uşaq basketbol klubunun təsislərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlarlardan ibarət U-13 Azərbaycan yığması, hazırlıq prosesini uğurla tamamlayıb.
Baş məşqçi Vasili Mçedlişvilinin rəhbərlik etdiyi yığmamız, 3 yanvar tarixinə qədər davam edən toplanışda məşqlərdən əlavə, yerli klublarla hazırlıq oyunları da keçirib. Təlim-məşq prosesində əsas məqsəd, 4 yanvar tarixindən İstanbul şəhərində start götürəcək "Avropa Gənc Basketbol Liqası" adlı turnirə Yığma komandamızın turnirdəki oyun təqvimini sizlərə təqdim edirik.
4 yanvar: Azərbaycan U-13 - "Baxçaşəhər" U-13 (Türkiyə)
5 yanvar: Azərbaycan U-13 - "Dan Dacian" U-13 (Rumıniya)
6 yanvar: Azərbaycan U-13 - "Saudiyə" U-13 (Türkiyə)
7 yanvar: Azərbaycan U-13 - "İstanbul Akademiyası" U-13 (Türkiyə)
Ən son xəbərləri səhifəmizdən də izləyin