logo
Tovuzda sərnişin qatarı dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçən piyadanı vurub

Tovuzda sərnişin qatarı dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçən piyadanı vurub

Tovuzda sərnişin qatarı dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçən piyadanı vurub Tovuzda sərnişin qatarı dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçən piyadanı vurub

Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

ADY-dən innews.media bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağa, yolu keçərkən diqqəti yayındıran vərdişlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.

Əziz piyadalar! Unutmayın, sizin həyatınız ailəniz və cəmiyyətimiz üçün çox dəyərlidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media