logo
Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyinə üzv olub

Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyinə üzv olub

Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyinə üzv olub Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyinə üzv olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İstanbul Aydın Universitetinin (İAU) nümayəndələri ilə görüş keçirilib.    Görüşdə ADPU-nu universitetin rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor, prof. Mahirə Hüseynova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, İAU-nu isə universitetin rektoru və Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti Mustafa Aydın, EURAS üzrə prezidentin müşaviri  İrem Arman, EURAS-ın baş direktoru və İAU-nun administratoru Səbinə Hüseynova, EURAS prezidentinin köməkçisi Tuğçe Koçkat, İAU-nun Azərbaycan ofisinin təmsilçisi Ceyhun Qəşəmli və ofisin əməkdaşı Xədicə Karataş təmsil edib.

Görüşün əsas məqsədi universitetlər arasında mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsi, bu çərçivədə əməkdaşlıq protokolunun imzalanması və ADPU-nun EURAS-a üzv olması məsələlərinin müzakirəsidir.

İstanbul Aydın Universitetinin nümayəndə heyəti ilə görüşün yekununda rektorlar prof. Cəfər Cəfərov və Mustafa Aydın universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və EURAS-a üzvlüyə dair müqavilə imzalayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media