https://innews.media/uploads/news/2023-12/_innews_ac15e06a8bac5799923507d2b_o.jpg
Mədəniyyət naziri Adil Kərimli dekabrın 26-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Söhbət zamanı ikitərəfli münasibətlərin və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsindən məmnunluq ifadə edilib, əlamətdar il ərzində təşkil olunacaq tədbirlər barədə söhbət açılıb.
Nazir Səudiyyə Ərəbistanının “Bakı Prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, həmişə olduğu kimi, yenə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
Ən son xəbərləri səhifəmizdən də izləyin