https://innews.media/uploads/news/2023-12/_innews_b9e1358ce7dd5ad1261228d18_o.jpg
Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edildi
ADY bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edib.
Dekabrın 31-də qatar
-saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya;
Yanvarın 3-də
-saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya;
-saat 16:30-da Ağstafadan Bakıya yola düşəcək.
Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız hərəkət edəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Ən son xəbərləri səhifəmizdən də izləyin