Fövqəladə Hallar Nazirliyi, Səbail rayonunda, Xaqani küçəsində yerləşən restorandakı yanğın barədə məlumat yayıb.
innews.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, Xaqani küçəsindəki ictimai iaşə obyektində yanğın baş vermişdir. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi nəticəsində restoranın havalandırma qurğusundakı yanğın qısa müddətdə söndürülüb.
Ən son xəbərləri səhifəmizdən də izləyin