https://innews.media/uploads/news/2023-12/_innews_2c6a48d7380338bdc3be3b447_o.jpg
Azərbaycan Televiziyasında ilk dəfə olaraq “İl-18” markalı sərnişin təyyarəsi ilə Bakı-Moskva marşrutu üzrə həyata keçirilmiş səfərin görüntüləri yenidən nümayiş olunub.
“Qızıl Fond”da saxlanılan sujet Azərbaycan Televiziyasının “Telesəhər” musiqi-informasiya proqramında yayımlanıb.
Sujetdə bildirilib ki, iki salondan ibarət olan təyyarədə 95 sərnişin üçün yer var.
Havaya qalxan təyyarədə sərnişinlər isti xörək və qəlyanaltı ilə təmin olunub.
1959-cu ildə həyata keçirilmiş birinci sərnişin reysi milyonçu təyyarəçi Faiq Məmmədova tapşırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin