https://innews.media/uploads/news/2023-12/_innews_10a8e74092519f9548a8102f4_o.jpg
"Heydər Əliyev İli" çərçivəsində keçirilən "İntellektual klubların IV Gənclər Liqası" bilik və zəka bacarıqlarına güvənən gənclərin öz potensiallarını nümayiş etdirdiyi ölkənin ən böyük intellektual yarışıdır. Bu yaxınlarda Azərbaycan Respublikası Gənclər Fondunun və Gənclərin Marifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Sabirabad Gənclər evi və Sabirabad GİKM-in dəstəyi ilə "İntellektual klubların IV Gənclər Liqası - Zona finalı" keçirilib. Zona finalına ev sahibliyini "Sabirabad Gənclər evi" sosial xidmət müəssisəsi edib.
Zona finalında Sabirabad rayonundan "Soydaş" və "Abraxas" komandaları, Neftçaladan "Qayıdış", İmişlidən "İmişdi", Saatlıdan "Nirvana" və "Xəzri", Hacıqabuldan "Xudmani", Fizulidən "Xridarlar", Salyandan "Xaos", Şirvandan isə "Kainat" və "Next" komandaları iştirak ediblər. Yarışda 11 komanda üzrə 66 gənc mübarizə aparıb.
İlk 3 yeri isə aşağıdakı komandalar tutublar:
1 - "İmişdi"/İmişli rayon
2 - "Soydaş"/Sabirabad şəhəri
3 - "Next/Şirvan şəhəri
Zona turunda yüksək nəticə göstərmiş komandalar Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak edəcəklər. "Böyük final"a vəsiqə qazanmış bütün komandaları təbrik edir və uğur diləyirik.
Ən son xəbərləri səhifəmizdən də izləyin