logo
Roza Rımbayeva: Azərbaycan xalq musiqisini çox sevirəm

Roza Rımbayeva: Azərbaycan xalq musiqisini çox sevirəm

Roza Rımbayeva: Azərbaycan xalq musiqisini çox sevirəm Roza Rımbayeva: Azərbaycan xalq musiqisini çox sevirəm

Bugünkü səfərim mənə Bakıya ötən səfərimi xatırlatdı. O vaxtdan bəri şəhər tanınmaz dərəcədə dəyişib və ultra-müasir olub. Burada olduğuma görə çox məmnunam. Mən Azərbaycan xalq musiqisini çox sevirəm, ölkənizin xalq ifaçılarına böyük hörmətim var.

innews.media xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Qazaxıstanın Xalq artisti Roza Rımbayeva bildirib.

Xalq artistinin sözlərinə görə, o, sovet dövründə Bakıya dəfələrlə səfər edib.

“Mənim Azərbaycanda çoxlu dostlarım var idi, onlardan Müslüm Maqomayevi, mahnılarını ifa etdiyim Polad Bülbüloğlunun adını çəkə bilərəm. Sonuncu dəfə mən onun Heydər Əliyev Sarayında keçirilən yubiley-konsertinə gəlmişəm”, – deyə Roza Rımbayeva qeyd edib.

O əlavə edib ki, bir müddət əvvəl Qazaxıstanda "Bahar" Azərbaycan ansamblının konserti tam anşlaqla keçib və tamaşaçılar ansamblın ifasını hərarətlə qarşılayıblar, artistləri gurultulu alqışlarla mükafatlandırıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media