https://innews.media/uploads/news/2023-12/_innews_2d96fb8760d7c73b21e13bb26_o.jpg
Qazaxıstan Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva, Azərbaycanda Qazaxıstan Mədəniyyət Günü çərçivəsində keçirilən tədbirlər barədə açıqlamalar verib.
Aida Balayeva Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdiyini bildirib. Həmçinin, iki ölkənin tarixi bağları və qələbələrə görə bir-birini dəstəklədiyini vurğulayaraq, mədəni və dil yaxınlığının əlaqələri bütün sahələrdə inkişaf etdirməyə imkan verdiyini qeyd etmişdir. Prezidentlərin razılaşmasına əsasən, bu ili Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri ilan etmişlər. Gələn il isə Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Bu tədbirlərin iki ölkənin mədəniyyətini daha yaxından tanımağa, bədii kollektivlərin əlaqələrinin formalaşmasına imkan yaradacağını vurğulayan Aida Balayeva, Azərbaycan Prezidentinin Administrasiyasında və Mədəniyyət Naziri Adil Kərimli ilə keçirilən görüşlərdə konkret əməkdaşlıq planları müzakirə edildiyini və gələn ildə mədəni-humanitar sahədə yaradıcılıq işlərinin başlayacağını vurğulayıb.
Nazir, iki ölkənin mədəni sahədə daha güclü əməkdaşlıq etmək istədiyini vurğulayıb.
Balayeva, muzey və kitabxana işi, kinematografiya sahələrində təcrübə mübadiləsi və birlikdə fəaliyyət planlarının olduğunu qeyd edib.
Bu tədbirlərin iki xalq arasında dostluq münasibətlərinin inkişafına yardım edəcəyinə inanır.
Həmçinin, Qazaxıstan Mədəniyyət Günlərinin Azərbaycanda geniş şəkildə təşviq edilməsi üçün KİV-ə təşəkkürünü bildirib.
Ən son xəbərləri səhifəmizdən də izləyin