logo
Mərkəzi Gömrük Hospitalında Femilift lazer cihazı istifadəyə verilib

Mərkəzi Gömrük Hospitalında Femilift lazer cihazı istifadəyə verilib

Mərkəzi Gömrük Hospitalında Femilift lazer cihazı istifadəyə verilib Mərkəzi Gömrük Hospitalında Femilift lazer cihazı istifadəyə verilib

Dr.T.Bayramova: “Estetik və kosmetik ginekologiyanın inkişafı bu sahəyə olan tələbatın artması ilə bağlıdır”

Son illər estetik və kosmetik ginekologiya dünyada çox sürətlə inikşaf etməkdədir. Buna səbəb qadınların bu sahəyə olan təlabatının artmasıdır. Bu əməliyyatların icrasında Femilift lazer və digər CO2 lazer texnolagiyalarının tətbiqi son illər geniş yayılmaqdadır. Femilift lazer haqqında suallarımızı Mərkəzi Gömrük Hospitalının  şöbə rəisi, mama-ginekoloq Dr.Təranə Bayramovaya ünvanladıq. Müsahibəni diqqətinizə çatdırırıq.

-Təranə həkim, ilk növbədə femilift lazer haqqında məlumat verin.

-Femilift üçüncü nəsil fraksional karbon dioksid (CO2) yeni lazer texnologiyasıdır. Qadınlarda stress sidik qaçırma və vaginal toxumanın sıxlaşdırılması (uşaqlıq yolu daraltma) kimi halların müalicəsində istifadə olunur. Bəzi kliniki araşdırmalara görə cinsi istək və orqazm hisslərinin artmasına da müsbət təsir edir. Təsir mexanizmi toxumalarda yaratdığı termal enerji sayəsində kollagen sintezini artıraraq bağ toxumasının elastikliyini bərpa etməsinə əsaslanmışdır. Femilift lazer, cərrahi üsul olmadığı üçün əməliyyatsonrası ağırlaşmaları da olmur.

-Femilift lazerdən necə istifadə olunur?

-Prosedur ambulator şəraitdə, pasiyent ginekoloji masada uzanmış vəziyyətdə aparılır. Vaginal ultrasəs probuna oxşar ucluq (bir dəfəlik istifadə üstlüyü olur) uşaqlıq yoluna daxil edilir və müdaxilə müddəti 15-20 dəqiqə çəkməklə icra olunur. Müdaxilədən sonra yataq rejimi təyin edimir, xüsusi qulluğa ehtiyac olmur, pasiyent həmin gün normal həyatına davam edə bilir.

Femilift Lazer aşağıdakı hallarda istifadə olunur: vagina daraltma və cavanlaşdırma,  vaginal quruluğun aradan qaldırılması, menopauzaya bağlı atrofiyanın müalicəsi, vulvar vestibulit sindromunun müalicəsi, residivləşən vaginal infeksiyalarda lazer tətbiqi, qadın və kişidə cinsi əlaqə zamanı cinsi istəyin azalması, ağrılı cinsi əlaqə, stress sidik qaçırtma (asqırdıqda, öskürdükdə, gücənmə zamanı, idman zamanı və ağırlıq qaldıranda meydana çıxan), xarici cinsiyyət üzvü dərisinin rənginin açılması (ağardılması), xarici cinsiyyət üzvündə olan dəri qırışların aradan götürülməsi, labioplastika (cinsiyyət dodaqlarının plastikası), uşaqlıq boynu eroziyasının lazer vaporizasiyası, servikal konizasiya və kondiloma və molyusk kontigiozisin götürülməsi və s.

-Təranə həkim, qadınlarda adətən doğuşdan sonra vaginada dəyişikliklər meydana gəlir. Bunları da femiliftdən istifadə etməklə aradan qaldırmaq olurmu?

- Bəli, düz vurğuladınız. Doğum qadın orqanizminə bir çox fizioloji olaraq travmatik təsir göstərir. Doğuşdan sonra vagina genişlənir, quruyur və kiçik çanaq divarı toxumaları zəifləyir. Femilift bütün vaginal nahiyəni, vaginal tonusu artıraraq müalicə edir,  toxuma və bağların gücünü və elastikliyini geri qaytarır.

Femiliftlə müalicə ağrısız, qansız, ağrıkəsici tələb etməyən, minimal invaziv, ambulator şəraitdə asanlıqla icra edilə bilən müalicədir, yüksək effektivliyi, sağalma dövrünün olmaması, xəstələrin həmin gün gündəlik normal həyat tərzlərinə dönməsinə imkan verir. Hər bir şikayətləri olan qadına bu xidmətdən yararlanmağı tövsiyə edirəm.

 

Müsahibəni apardı,

Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssis

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media