30 noyabr – 1 dekabr 2023-cü il tarixlərində Şuşa şəhərində “Türk dövlətlərinin mədəni turizmin perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Azərbaycandan başqa Qazaxıstanın, Türkiyənin, Özbəkistanın, Qırğızıstanın, Macarıstanın turizm sahəsinin nümayəndələri iştirak edib.
Sözügedən tədbirdə Qazaxıstan Beynəlxalq Turizm və Qonaqpərvərlik Universitetinin Turizm Məktəbinin doktoru Nurjan Abişev “Köçərilərin mədəniyyəti və onların turizmin inkişafına təsiri” mövzusunda məruzə təqdim edib. Qazaxıstan nümayəndəsinin təqdimatı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd olunan ölkələrin birbaşa iştirakı ilə tədbir əsnasında həmçinin həmin ölkələrdən və Türkmənistandan olan aşpazlar tərəfindən milli xörəklərin təqdim olunduğu qastronomik tur da təşkil olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin