https://innews.media/uploads/news/2023-11/_innews_e0bbd96b80ad3d6496eb4b11e_o.jpg
“İnklüziv DOST” altproqramı çərçivəsində fəaliyyət göstərən könüllülərimiz üçün müxtəlif mövzuda təlimlər təşkil olunub. Təlimlərdə yeni “İnklüziv DOST” könüllülərinə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin iş prinsipləri, daxili nizam-intizam qaydaları, həssas əhali qruplarından olan şəxslərlə etik davranış normaları ilə bağlı məlumat verilib. Həmçinin “Həssas əhali qruplarına qarşı empatiya duyğusunun artırılması”, “Jest dili” mövzusunda praktiki təlimlər keçirilib. Müzakirə və təlimlər Mərkəzin Sosial pedaqoji inkişaf və psixoloji dəstək departamentinin əməkdaşları – Arzu Qurbanova, Aysel İsmayılova, Dilbər Babayeva və Sosial psixoloji dəstək şöbəsinin müdiri Ramin İsmayılov tərəfindən aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin